featured-image-42853

PSJ-nin hücumçusu Uqo Ekitike karyerasını Almaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, fransalı forvard “Ayntraxt”la anlaşıb.

21 yaşlı ön xətt oyunçusu mövsümün sonuna qədər icarə əsasında Bundesliqa təmsilçisinin formasını geyinəcək. Sözləşməyə satınalma variantı da salınıb. Ekitike Frankfurt klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Uqo Ekitike 2022-ci ildən PSJ-də çıxış edir. O, parislilərin heyətində 33 oyun keçirib, 4 qol vurub, eyni sayda assist edib.

Bənzər xəbərlər