PSJ-nin futbolçusu “Atletiko”nun hədəfində
“Atletiko” PSJ-yə məxsus olan və “Aston Villa”da icarə əsasında çıxış edən yarımmüdafiəçi Marko Asensio ilə maraqlanır.
Msport.az xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı yarımmüdafiəçini MLS-ə gedişi gündəmdə olan Antuan Qrizmannın əvəzedicisi kimi görür.
Futbolçunun agentləri onu “Atletiko” ilə yanaşı, “Barselona”ya da təklif ediblər. Lakin Kataloniya təmsilçisi hələ ki ona ciddi maraq göstərmir.
Asensionun transfer qiyməti 20 milyon avrodur ki, bu da “Atletiko” üçün münasib məbləğ hesab olunur.
Asensio əvvəllər “Real Madrid”də çıxış edib. O, bu mövsüm “Aston Villa”nın heyətində 11 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, İngiltərə klubu da təcrübəli oyunçunu birdəfəlik transfer etmək istəyir.