featured-image-68315

PSJ-nin futbolçusu Joao Neveş “Tottenhem”ə qarşı keçiriləcək UEFA Superkuboku oyununu buraxacaq.

Msport.az xəbər verir ki, buna 20 yaşlı yarımmüdafiəçinin klublararası dünya çempionatının finalında “Çelsi”yə uduzduqları görüşdə qırmızı vərəqə alması səbəb olub.

Portuqaliyalı oyunçu bütün rəsmi yarışlara şamil edilən 2 matçlıq cəza alıb.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda oyun avqustun 13-də keçiriləcək. PSJ ötən mövsüm Çempionlar Liqasını, “Tottenhem” isə Avropa Liqasını qazanıb.

Bənzər xəbərlər