featured-image-58503

Fransanın PSJ klubunun futbolçusu Lukas Ernandesin evi qarət olunub.

Msport.az xəbər verir ki, hadisə vaxtı müdafiəçinin həyət yoldaşı evdə olub.

5 nəfər oğru Fransa yığmasının müdafiəçisini evini qarət etməyə çalışıb. Evin təhlükəsizliyi ilə məşğul olan şirkətin işçilərindən biri qarətçiləri görüb və silahdan atəş açıb. Hadisə yerindən qaçan oğrular axtarışa verilib.

Qeyd edək ki, hadisə zamanı Ernandes Çempionlar Liqasında “Zalsburq”la oyun üçün Avstriyaya yollanıb.

Bənzər xəbərlər