PSJ-nin istədiyi yarımmüdafiəçi
Fransanın PSJ klubu portuqaliyalı futbolçu Joao Neveşi heyətinə cəlb etmək niyyətindədir.
Msport.az xəbər verir ki, ölkə çempionu bununla bağlı “Benfika”ya ilk təklifi göndərəcək.
Fransa mətbuatı parislilərin gənc yarımmüdafiəçisi üçün 60+10 milyon avro ödəməyə hazır olduğunu yazıb. Artıq Neveşin meneceri ilə ilkin danışıqlar da aparılıb. Amma Lissabon klubunun Joaonu 100 milyondan aşağı satmaq niyyətində olmadığı xəbərləri yayılıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsümdə “Benfika”nın heyətində 33 oyunda 3 dəfə fərqlənib.