featured-image-25363

PSJ-nin braziliyalı müdafiəçisi Markinyos müqaviləsini uzatmağa yaxındır.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar artıq son mərhələyə çatıb. Futbolçunun nümayəndələri müqavilənin detallarını dəqiqləşdirir.
Markinyos demək olar ki, Paris klubunun təklif etdiyi bütün şərtləri qəbul edib.

Onun yeni anlaşması 2027-ci ilin iyununa kimi olacaq. 28 yaşlı oyunçu 2013-cü ildən PSJ-nin formasını geyinir, o, kapitan sarğısnı daşıyır.

Markinyos bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib və 2 qol vurub.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər