featured-image-23987

Fransa millisinin və PSJ klubunun futbolçusu Presnel Kimpembe zədə səbəbindən mövsümü başa vurub.

Msport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristofer Qaltye mətbuat konfransında bildirib.

57 yaşlı mütəxəssis Kimpembenin dabanında şiddətli ağrılar hiss etdiyini söyləyib.

28 yaşlı müdafiəçi zədə səbəbindən 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında da iştirak edə bilməyib. O, cari mövsümdə PSJ-də 15 oyunda meydana çıxıb.

Bənzər xəbərlər