featured-image-57594

2025-ci ilin ilk həftəsində, Fransa Liqa 1-in XVI turunda keçirilməsi planlaşdırılan “Monako” – PSJ matçı daha tez baş tutacaq.

Msport.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Qarşılaşmanın vaxtı ölkə Superkubokuna görə dəyişdirilib. Görüş bu ilin sonuncu ayında – dekabrın 18-də gerçəkləşəcək.

Qeyd edək ki, bu komandalar arasında Superkubok matçı isə yanvarın 5-də olacaq.

Bənzər xəbərlər