PSJ-nin passiv oyunu Naqelsmannı təəccübləndirib
“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann PSJ-nin Çempionlar Liqasının 1/8 final matçında bu qədər passiv oynamasından təəccüblənib.
Msport.az xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən görüşdə Almaniya klubu minimal hesabla qələbə qazanıb:
“Biz ilk 25 dəqiqədə çox yaxşı oynadıq və vəziyyətə nəzarət etdik. Amma yenə də qapı istiqamətinə daha çox dəqiq zərbələr endirə bilərdik. Belə təəssürat yarandı ki, komanda topa bu qədər nəzarət etməsindən təəccüblənib. PSJ isə geriyə çəkilməyə üstünlük vermişdi. Mən bilirdim ki, onlar həmişə dərindən müdafiə olunurlar. Lakin bu qədər qeyri-fəal olmalarına heyrətləndim. Çox geri çəkilmişdilər vəziyyəti ümumiyyətlə, topu almağı planlaşdırmırdılar”.
ANAR ABDULLAYEV







