featured-image-26149

PSJ-nin sahibi Nasser Əl Xəlayfi İngiltərə Premyer Liqasının fəaliyyətini yüksək qiymətləndirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, Britaniyada komandaların teleyayımdan daha çox qazandıqlarını deyib:

“Premyer Liqa möhtəşəmdir. Onlar sərmayələri artırır, klublar arasında gəlirləri çox dəqiq bölürlər. Digər liqalar da belə səviyyəyə çatmalıdırlar. Lakin bu asan iş deyil. Ötən mövsüm Premyer Liqada son yeri tutan komanda teleyayıma görə PSJ-dən ikiqat çox qazanıb.

Ona görə də “Park de Prens” stadionu məsələsi bizim üçün belə vacibdir. PSJ geri qala bilməz. Liqa-1 və Fransa Futbol Federasiyası CVC ilə 1,5 milyard avroya yaxşı müqavilə bağlayıb. Liqada amerikalı sərmayədarlar artıb. Rəqabət yüksəlir”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər