PSJ-nin qapıçısına iki oyunluq cəza
PSJ-nin qapıçısı Canluici Donnarumma Fransa çempionatının qarşıdakı iki oyununda komandasına kömək edə bilməyəcək.
Msport.az xəbər verir i, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, italiyalı qolkiper Liqa 1-in 14-cü turunda “Le Havr”la oyunda (2:0) kobudluğa görə qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunub.
Beləliklə, 24 yaşlı qapıçı 15 və 16-cı turun “Nant” (9 dekabr) və “Lill”ə (17 dekabr) qarşı matçlarını buraxacaq.
Qeyd edək ki, bu mövsüm Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 18 qol buraxıb. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.