featured-image-20103

Kamerun millisinin sabiq yarımmüdafiəçisi Modest Mbami vəfat edib.

Msport.az xəbər verir ki, bu barədə Fransanın PSJ klubunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş futbolçunun 40 yaşında dünyasını dəyişdiyi bildirilib. Ölümün səbəbi infarkt olub.

Xatırladaq ki, Mbami 2003-2006-cı illər aralığında PSJ-də çıxış edib, komanda ilə iki dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Havr” və “Olimpik” (Marsel), İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatay”, Səudiyyə Ərəbistanından “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da çıxış edib.

Bənzər xəbərlər