featured-image-39358

PSJ-nin futbolçusu Markinyoş Fransa klubunun tarixinə düşüb.

Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Paris təmsilçisi ilə 300-cü qələbəsini əldə edib.

O, son oalraq XI turda “Monpelye”ni 3:0 hesabı ilə məğlub etdikləri matçda iştirak edib.

Braziliyalı PSJ-də bu rəqəmə çatan ilk oyunçudur.

Qeyd edək ki, Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində 419 qarşılaşmada 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər