PSJ-nin yarımfinal sindromu
Çempionlar Liqasının yarımfinalının hər iki matçında Dortmund “Borussiya”sına 0:1 hesabı ilə uduzan PSJ bu mərhələnin ən uğursuz komandasıdır.
Msport.az xəbər verir ki, Fransa klubu indiyədək keçirdiyi 7 yarımfinal matçının altısında uduzub.
Parislilərin məğlubiyyət faizi 86-ya bərabərdir. Bu, ən azı 5 qarşılaşma keçirən komandalar arasında antirekorddur.
Qeyd edək ki, PSJ yeganə yarımfinal qələbəsini 2020-ci ildə “Leypsiq” üzərində qazanıb – 3:0.