PSJ-nin yeni baş məşqçisi məlum oldu
Luis Enerike PSJ-nin yeni baş məşqçisi olacaq. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis yaxın saatlarda Parisə gələcək.
İspaniya millisinin və “Barselona”nın sabiq baş məşqçisinin Fransa təmsilçisində işləyə biləcəyi ilə bağlı xəbər ilk dəfə iyunun 4-də yayılmışdı.
Qeyd edək ki, PSJ-nin Yulian Naqelsmannla danışıqları son anda uğursuz alınıb.
ANAR







