featured-image-24980

Fransa çempionatının 27-ci turunda “Brest”lə keçirilən qarşılaşma PSJ və hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, fransalı hücumçu 2:1 hesabı ilə qalib gəldikləri oyunda fərqıənməklə PSJ-nin elitada vurduğu qollarının sayını 3000-ə çatdırıb.

Paris təmsilçisi bu qol sayına çatan 12-ci Fransa klubudur. Bunun üçün PSJ-yə 1858 matç lazım olub.

Xatırladaq ki, Mbappe bu mövsüm Liqa 1-də 23 oyuna çıxıb, 19 qol vurub və 3 qol ötürməsi edib.

Bənzər xəbərlər