PSJ onu transfer etmək üçün “Mançester Yunayted”lə mübarizə aparacaq
PSJ və “Mançester Yunayted” yayda Viktor Osimheni transfer etməyə çalışacaqlar. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Napoli”hücumçusu ilə müqavilənin uzadılmasında maraqlıdır. Ancaq potensial alıcılar nigeriyalı futbolçuya daha çox əməkhaqqı təklif edirlər – mövsümə 6 milyon avrodan çox.
Osimhenin transferində “Mançester Yunayted” favorit sayılır. Lakin nəşrin məlumatına görə, Pasris klubu da 24 yaşlı forvard uğrunda mübarizə aparmaq niyyətindədir. PSJ-nin baş direktoru Luiş Kampuş Osimhenin pərəstişkarıdır.
“Napoli” oyunçusuna görə, 150 milyon avro tələb edir. Bu o deməkdir ki, onun keçidi PSJ tarixində ən bahalı üçüncü transfer ola bilər – Neymar (220 milyon avro), Mbappe (180 milyon avro).
Osimhen İtaliya A seriyasında cari mövsümdə 23 oyunda 21 qol vurub və 4 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







