featured-image-44584

PSJ prezidenti Nasser Al-Xelaifi hücumçu Kilian Mbappenin gedişini hələ də təsdiqləyə bilməyəcəyini deyib.

Msport.az xəbər verir ki, funksioner bu barədə İspaniyada “Real Sosyedad”a 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra açıqlama verib.

“Onun gedişini təsdiqləyə bilmərəm. Klub həmişə belə şeyləri elan edir. Hazırda sözləşməsi var, biz gələcək üçün planlar qururuq”.

Qeyd edək ki, Mbappenin mövsümün sonunda “Real”a keçəcəyi gözlənilir.

Bənzər xəbərlər