featured-image-25695

PSJ baş məşqçi Kristof Qaltyeni mövsümün sonuna qədər postundan uzaqlaşdırmaq niyyətində deyil. Msport.az xəbər verir ki, dünən Paris klubu 2023-cü ildə 7-ci məğlubiyyətini alıb. PSJ doğma divarlarlar arasında “Renn”ə uduzub –  0:2.

Bu oyundan sonra paytaxt klubunun baş məşqçisinin gələcəyi böyük sual altındadır. Onun mövqeləri hələ komanda Çempionlar Liqasının 1\8 finalında “Bayern Münhen”ə uduzanda zəifləmişdi. Lakin “L`Equipe”nin yazdığına görə, klub rəhbərliyi Qaltye ilə bağlı qərarı mövsümün sonunda vermək istəyir PSJ tələsik addımlar atmaqdan çəkinir.

Parislilər uduzsa da, Liqa-1-də 7 xal fərqlə liderliklərini davam etdirirlər.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər