PSJ Qaltyeni istefaya göndərir
Kristof Qaltye növbəti mövsüm PSJ-nni sükanı arxasında olmayacaq. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, Paris klubu bu gün keçiriləcək “Klermon”la Fransa çempionatının son turunun oyunundan sonra 56 yaşlı məşqçini istefaya göndərəcək.
PSJ-nin sahibi Qətər əmiri Mohammed ben Hamad Əl-Tani Parisdə klubun prezidenti Naccer Əl-Xəlayfi ilə görüşüb. Həmin danışıqlar zamanı Qaltyenin istefaya göndərilməsi qərara alınıb.
Fransalı mütəxəssis ötən ilin yayında baş məşqçi postuna keçib iki illik müqavilə bağlamışdı.
Cari mövsümdə parislilər 11-ci dəfə Fransa çempionatının qalibi olublar. Lakin Çempionlar Liqasının 1\8 finalında “Bayern”ə uduzublar – 0:1, 0:2.
Fransa kubokunda da komanda 1\8 finalda “Marsel”ə məğlub olaraq (1:2) mübarizəni dayandırmışdı.
ANAR ABDULLAYEV







