PSJ Qaltyeni yola saldı – RƏSMİ
PSJ baş məşqçisi Kristof Qaltye ilə yollarını ayırdığını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
56 yaşlı mütəxəssis paytaxt klubuna 2022-ci ilin iyulun 5-dən rəhbərlik edirdi.
Komanda ötən mövsüm Fransa Liqa -1-də qələbə qazansa da, Çempionlar Liqasında 1/8 finalda “Bayern”ə uduzmuşdu.







