featured-image-23152

PSJ baş məşqçi Kristof Qaltyeyə martın 8-ə kimi vaxt verib.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, rəhbərlik komandanın son nəticələrindən narazıdır, amma hələ Qaltyeni istefaya göndərmək istəmirlər.

Fransalı mütəxəssisə martın 8-ə kimi vaxt verilib. Paris klubu həmin gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə “Bayern Münhen”lə qarşılaşacaq. Həmin matçdan sonra Qaltyenin klubdakı gələcəyi məlum olacaq.

Əgər Qaltye ilə yollar ayrılsa, baş məşqçi postuna namizədlər Zinəddin Zidan və Tomas Tuheldir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər