featured-image-58272

İtaliya millisinin qapıçısı Canluici Donnarumm Fransanın PSJ klubu ilə yollarını ayıra bilər.

Msport.az xəbər verir ki, klub rəhbərliyi komandanın qolkiperlə yeni müqavilə barədə danışıqları dayandırıb.

Paris təmsilçisi oyunçunun hazırkı səviyyəsinin onun tələb etdiyi maaşa uyğun olmadığı qənaətinə gəlib.

25 yaşlı qapıçının “Milan”a qayıtmaq ehtimalı artıb. Donnarummanın İtaliyaya dönməyə razı olduğu bildirilir.

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-nin formasını geyinir.

Bənzər xəbərlər