featured-image-52250

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ceydon Sanço karyerasını Fransada davam etdirə bilər.

Msport.az xəbər verir ki, PSJ cinah oyunçusu ilə maraqlanır.

Parislilər onun transferi ilə bağlı danışıqlar aparır.

Futbolçu özü karyerasını Fransa klubunda davam etdirməyə razıdı. Ancaq “qırmızı şeytanlar”ın təklifə cavabından çox şey asılıdır.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2026-cı ilin yayına qədər “Mançester Yunayted”ə məxsusdu.

Bənzər xəbərlər