PSJ təsdiqlədi: Messi və Ronaldo yenidən üz-üzə
Lionel Messi və Kriştiano Ronaldo yenidən üz-üzə gələcəklər.
Msport.az PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, Paris klubu yanvarın 18-19-da Doha və Ər Riyada səfərə çıxacaq.
Yaxın Şərq turnesi çərçivəsində Fransa klubu “Əl Hilal” və “Əl Nəsr”in ulduzlarından ibarət komanda ilə qarşılaşacaq. Oyun yanvarın 19-da Kral Fəhd stadionunda keçiriləcək. Matçdan sonra PSJ Parisə qayıdacaq.
Qeyd edək ki, Ronaldo bir neçə gün bundan əvvəl “Əl Nəsr”lə müqavilə bağlayıb.
Messi ilə Ronaldo sonuncu dəfə 2020-ci ilin dekabrında bir-birinə qarşı oynayıblar. Həmin vaxt “Yuventus” Çempionlar Liqasında “Barselona” üzərində 3:0 hesabı ilə qələbə qazanmışdı. Ronaldo isə dubl etmişdi.