featured-image-29409

Fransa Liqa-1-də 34-cü tura yekun vurulub. Msport.az xəbər verir ki, çempionatın lideri PSJ səfərdə “Trua” üzərində qələbə qazanıb.  “Monako” rəqib meydanında “Anje”ni 2:1 hesabı ilə məğlub edib.  “Olimpik Lion” – “Monpelye” görüşündə  9 qol vurulub.

78 xala malik PSJ turnir cədvəlinə başçılıq edir. “Lans” 72 xalla ikinci pillədədir. Marsel “Olimpik”i 70 xalla üçüncü yeri tutur. “Monako”nun 64, “Lill”in 59, “Renn” və Lion “Olimpik”inin 56 xalı var.

Fransa, Liqa 1
34-cü tur
6 may

Nitsa – Renn 2:1
Qol: Laborde, 50. Moffi, 72 – Buriqe, 78.

Reyms – Lill 1:0
Qol: Munetsi, 21.

Lans – Olimpik (Marsel) 2:1
Qol: Fofana, 42. Openda, 60 – Payet, 88.

7 may

Anje – Monako 1:2
Qol: Sima, 64 – Qolovin, 45. Boadu, 60.

Ayaçço – Tuluza 0:0

Oser – Klermon 1:1
Qol: Ture, 36 – Xaui, 54.

Loryan – Brest 2:1
Qol: Kone, 32; 51 – Del Kastilyo, 69-pen.

Nant – Strasburq 0:2
Qol: Diallo, 27. Diarra, 47.

Olimpik (Lion) – Monpelye 5:4
Qol: Lakasette, 31; 59; 82; 90+9. Lovren, 70 – Vahi, 40; 41; 53; 55.

Trua – PSJ 1:3
Qol: Şavalerin, 83 – Mbappe, 8. Vitinya, 59. F.Ruis, 86.

Bənzər xəbərlər