PSJ ukraynalı müdafiəçinin transferində israrlıdır
PSJ “Bornmut”un müdafiəçisi İlya Zabarnını transfer etməkdə israrlıdır. Msport.az xəbər verir ki, bununla bağlı insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, məsələyə artıq Paris klubunun prezidenti Nasser Əl Xelayifi də müdaxilə edib. PSJ mümkün qədər tez mərkəz müdafiəsi mövqeyini gücləndirməyə çalışır.
Qeyd edək ki, “Bornmut” Ukrayna millisinin üzvünə görə, 70 milyon avro istəyir.
Zabarnı 2023-cü ilin yayında İngiltərə klubuna keçib. O, ötən mövsüm bütün turnirlərdə 39 oyunda bir məhsuldar ötürmə verib.