featured-image-29878

PSJ Marko Veratti ilə yollarını ayırmağa hazırdır. Msport.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris klubu yayda 30 yaşlı futbolçu ilə vidalaşa bilər.

İtaliya yığmasının üzvü dekabrda tətildən 4 kq artıq çəki ilə qayıdıb. Onun işə münasibəti PSJ rəhbərliyinin ürəyincə deyil. Məşqçilər korpusu futbolçunun oyunundan da razı deyil. Veratti bu mövsüm 35 oyunda cəmi 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin əməkhaqqısı da yetərincə yüksəkdir – vergiləri nəzərə almasaq, ayda 1 milyon avrodan çox.

Veratti ilə müqavilə 2022-ci ilin dekabrında uzadılsa da, Paris təmsilçisi onunla vidalaşmağa hazırdır. Futbolçunun müqaviləsi 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.

ANAR

Bənzər xəbərlər