featured-image-33463

“Yuventus”un hücumçusu Duşan Vlahoviç PSJ-yə keçə bilər.

Msport.az xəbər verir ki, parislilər serb futbolçu üçün “Yuve”yə 90 milyon avro təklif etmək niyyətindədir. Fransa çempionu Vlahoviçlə illik 9 milyon avroluq müqaviləni razılaşdırıb.

23 yaşlı futbolçu 2022-ci ildən Turin təmsilçisinin şərəfini qoruyur. O, ötən mövsüm ərzində keçirdiyi 37 oyunda 13 qol və 3 assistlə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər