featured-image-32491

PSJ yaxın vaxtlarda Luis Enrikenin baş məşqçi postuna təyinatını açıqlayacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Mənbənin sözlərinə görə, müqavilə 2 illik olacaq.

Parislilər hazırkı baş məşqçi Kristof Qaltye ilə anlaşmanı pozduqdan sonra ispaniyalı mütəxəssisin təyinatı barədə məlumat verəcək.

Xatırladaq ki, Enerike 2023-cü ilin yanvarında İspaniya millisini tərk etdikdən sonra işsiz idi.

O, “Barselona”ya rəhbərlik edərkən 9 titul qazanıb.

Bənzər xəbərlər