featured-image-68357

PSJ Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu “Bornmut”dan transfer olunub. Tərəflər 2030-cu ilə qədər olan müqavilə imzalayıblar. PSJ bu keçidi 63 milyon avroya həll edib. “Bornmut” bonus olaraq daha 3 milyon avro ala bilər.

2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu “Dinamo”ya (Kiyev) 22,7 milyon avro ödəyib.

Bənzər xəbərlər