featured-image-19567

“Liverpul” PSV-nin futbolçusu Kodi Qakponu transfer edib.

Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Mersisayd təmsilçisi niderlandlı oyunçu üçün 42 milyon avro təzminat ödəyəcək.

Qakpo yanvardan yeni komandasına qoşulacaq.

Bənzər xəbərlər