featured-image-24118

Məşhur rusiyalı futbolçu Artyom Dzyuba ölkə prezidenti Vladimir Putunu dəstəklədiyini deyib. Msport.az xəbər verir ki, “Lokomotiv”in hücumçusu Ukrayna ilə müharibədə dövlət başçısının tərəfində olduğunu vurğulayıb:

“Mən öz ölkəmə inanıram. Mən vətənpərvərəm və ölkəmi sevirəm. Gələcəkdə tarix hər şeyə qiymət verəcək.

İndi mən öz prezidentimi, Putini dəstəkləyirəm. Hətta bunu heç gizlətmirəm də. Öz ölkəmin tərəfindəyəm, inanıram ki, hər şey yaxşı olacaq.

İstəyirsiz, öldürün məni, amma ölkəmin tərəfindəyəm, axıra qədər də belə olacam. Tarix kimin haqlı olub-olmadığına sonra qiymət verəcək. Lakin mən inanıram və sonadək də inanacam ki, biz haqqın tərəfindəyik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər