featured-image-39099

FIFA İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubialesə üç illik cəza verib.

Msport.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin qadın futbolçunu öpməsi səbəb olub.

O, ali qurumun İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.

Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərə seçməsini 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində Cennifer Ermosonu öpüb.

Bənzər xəbərlər