Qadınlar İran – Rusiya oyununa buraxılacaqlar?
Martın 23-də Tehranda keçiriləcək İran – Rusiya yoldaşlıq oyununa qadınlar da buraxılacaq.
Msport.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Azadi” stadionunda olacaq matçı 30 min azarkeşin izləyəcəyi gözlənilir. Onlar əsasən İran vətəndaşları olacaq.
Qeyd edək ki, arena 78 min tamaşaçı tutumuna malikdir.
ANAR ABDULLAYEV







