“Qalatasaray” Akgünü icarəyə göndərdi
“Lester Siti” “Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgünü icarəyə götürüb.
Msport.az xəbər verir ki, icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. “Tülkülər” bu keçid üçün qarşı tərəfə 500 min avro ödəyib.
Akgün “Qalatasaray”ın yetirməsidir. O, əsas komandada 61 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib. 23 yaşlı yarımmüdafiəçinin bazar qiyməti 7 milyon avro dəyərindədir.
Royal Türksoy