featured-image-61823

“Qalatasaray”ın “Alkmaar”la bu gün keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu təxirə salına bilər.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb hava şəraitidir.

Belə ki, İstanbuldakı sərt və qarlı hava şəraiti bu ehtimalı ortaya çıxarıb. Klub matçın baş tutması üçün “Rams Park” stadionunda işləri davam etdirir. Ancaq meydançanın qorunması üçün “cim-bom” məşqini “Florya Metin Oktay Tesisleri”ndə edib. Buna baxmayaraq, qar fırtınasının güclənməsi qarşılaşmanın başqa vaxta keçirilməsinə səbəb ola bilər.

Matçın sabah təşkil olunması da ehtimallar arasındadır. Sabah da hava şəraiti düzəlməsə, o zaman gələn həftəyə salına bilər.

Qeyd edək ki, komandalar arasında Niderlanddakı ilk matçda meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər