“Qalatasaray” “Bavariya”nın futbolçusunu istəyir
25-ci çempionluğunu qazanan “Qalatasaray” heyətini gücləndirəcək.
Msport.az xəbər verir ki, İstanbul nəhəngi “Bavariya” ilə müqaviləsi başa çatan Leroy Sane ilə anlaşmaq istəyindədir.
“Sarı-qırmızılılar” tezliklə 29 yaşlı oyunçu ilə danışıqlara başlayacaq. Münhen klubu da milli üzvünü komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Leroy Sane 2020-ci ildən “Bavariya”nın formasını geyinir.