“Qalatasaray” “Borussiya”nın futbolçusunu istəyir
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Msport.az “Hürriyet”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” Almaniyada Dortmund “Borussiya”sında çıxış edən Salih Özcanı transfer etmək niyyətindədir.
İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 8-10 milyon avro ödəməyə hazırdır.
Bundan əlavə, “Fənərbağça”nın da Türkiyə millisinin üzvü ilə maraqlandığı bildirilib.







