featured-image-29481

Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub. Msport.az xəbər verir ki, çempionatın lideri “Qalatasaray” doğma divarlar arasında “Başakşəhər”lə qarşılaşıb. Meydan sahibləri İkardinin penaltidən vurduğu qolla minimal hesablı qələbə qazanıblar.

“Trabzonspor” Umut Bozokun dublu ilə “Ankaragücü”nü məğlub edib – 2:0.

“Qalatasaray” 73 xalla turnir cədvəlinə başçılıq edir.  Sonrakı iki pillədə 68 xala malik “Fənərbaxça” və “Beşiktaş” komandaları qərarlaşıblar.

Türkiyə Super Liqası
33-cü tur
6 may

Antalyaspor – Beşiktaş 1:3
Qol: O.Toprak, 32 – Abubakar, 54; 89. C.Touns, 84.

Adana Dəmirspor – Alanyaspor 4:2
Qol: Ndiaye, 18. Belhanda, 45+5; 66. Y.Sarı, 57 – Kuluris, 11. E.Karaca, 45+1.

7 may

Ümraniyəspor – Sivasspor 4:1
Qol: U.Nayir, 7; 23-pen; 76. Kayode, 90+1 – Qradel, 34.

Konyaspor – Kayserispor 2:2
Qol: U.Yazğılı, 48. S.Dikmen, 55 – M.Kardozo, 46; 52.

Girəsunspor – Fənərbaxça 1:1
Qol: Bayiç, 68 – Batşuayi, 20-pen.

8 may

Qalatasaray – Başakşəhər 1:0
Qol: İkardi, 45+8-pen.

Trabzonspor – Ankaragücü 2:0
Qol: U.Bozok, 45+1; 62.

Bənzər xəbərlər