featured-image-53514

UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyənin “Qalatasaray” klubunda baş məşqçi Okan Burukla bağlı qərar bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sabah” nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin rəhbərliyi mütəxəssisə dəstək olmaq qərarına gəlib. İdarə Heyətinin üzvləri Okan Burukun uğurlu nəticələr əldə edə biləcəyinə inandıqlarını vurğulayıblar.

Qeyd edək ki, “Qalatasaray” qitənin bir nömrəli klub turnirində hər iki qarşılaşmada İsveçrənin “Yanq Boyz” komandasına uduzub – 2:3, 0:1.

Bənzər xəbərlər