featured-image-57816

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə “sarı-qırmızılılar”ın mətbuat xidməti məlumat yayıb.

Superliqanın 13-cü turunda “Bodrum”la oyunda (1:0) ayaq əzələsindən zədə alan Kaan Ayhanın durumuna aydınlıq gəlib.

Bildirilib ki, təcrübəli müdafiəçi ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Kaan Avropa Liqasında “AZ Alkmaar”, Superliqada isə “Eyüpspor” və “Sivasspor”la görüşlərdə komandasın kömək edə bilməyəcək.

Qeyd edək ki, Kaan Ayhan cari mövsümdə “cim-bom”un heyətində 16 görüşdə 1 assist ilə yadda qalıb.

Bənzər xəbərlər