featured-image-20788

“Qalatasaray” yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini artırıb.

Msport.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.

Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.

“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Bənzər xəbərlər