“Qalatasaray”da itki
Türkiyənin “Qalatasaray” klubu itki ilə üzləşib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Barış Alper Yılmaz İsveçrədə “Yanq Boyz”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda meydana çıxmayacaq.
Ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanan 24 yaşlı vinger səfərə yollana bilməyib.
Qeyd edək ki, avqustun 21-də təşkil olunacaq “Yanq Boyz” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab matçı bir həftə sonra olacaq.