“Qalatasaray”da yeni müqavilə
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Lukas Torreyra ilə müqavilənin müddətini uzadıb.
Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, yarımmüdafiəçinin sözləşməsi 2028-cı ilin yayınadək nəzərdə tutulub.
Oyunçunun sözləşməsi 2026-cı ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Lukas Torreyra 2022-ci ildə “Qalatasaray”a keçib.