“Qalatasaray”da yeni müqavilə
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yunus Akgünlə müqavilənin müddətini uzadır.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
24 yaşlı vingerin 2026-cı ilin yayında bitəcək sözləşməsi daha iki il artırılacaq.
Onun illik maaşı 12 milyon TL-dən 50 milyon TL-yə kimi qalxacaq.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Yunus Akgün 2018-ci ildə əsas komandaya cəlb edilib. O, 2020-ci ildən bu mövsümədək müxtəlif komandalara icarəyə verilib.