“Qalatasaray” daha bir ulduzla anlaşdı
“Qalatasaray” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla anlaşıb.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə müqavilənin şərtləri razılaşdırılıb.
Hazırda komandalar arasında transferin son detalları müzakirə olunur.
Qeyd edək ki, Türkiyə əsilli almaniyalı futbolçu ötən mövsüm “şəhərlilər”in heyətində 51 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə verib.