"Qalatasaray"dan 18 milyonluq transfer - RƏSMİ
Türkiyənin “Qalatasray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sarı-qırmızılar” “Norviç Siti”nin yarımmüdafiəçisi Qabriel Davi Qomes Saranın transferinin rəsmiləşdiyini açıqlayıb.
18 milyon avroluq transfer haqqı oyunçunun keçmiş klubuna 3 mövsümə bölünmüş 9 bərabər hissədə ödəniləcək.
Futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 5 illik müqavilə bağlanıb. Saraya hər mövsüm üçün 2 milyon 750 min avro xalis qonorar ödəniləcək.
Qeyd edək ki, Qabreil Sara ötən mövsüm “Norviç Siti”nin heyətində 53 rəsmi oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.