“Qalatasaray”dan 25 milyon avroluq tələb
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Nelson karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az “Fotomaç”a istinadən xəbər verir ki, “Napoli” müdafiəçi ilə maraqlanır.
Neapol təmsilçisi oyunçu üçün danışıqlara start verib.
“Sarı-qırmızılar” Nelson üçün 25 milyon avro istəyir.