“Qalatasaray”dan ayrılan futbolçu Yaponiya klubunda
“Qalatasaray”ın futbolçusu Xuan Mata karyerasını Yaponiyada davam etdirəcək.
Msport.az xəbər verir ki, məlumatı Asiya təmsilçisinin mətbuat xidməti yayıb.
Xəbərə görə, ispaniyalı yarımmüdafiəçi yeni klubunda 64 nömrəli formanı geyinəcək. Lakin sözləşmənin şərtləri ilə bağlı məlumat açıqlanmayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu “Qalatasaray”dan bu yay azad agent kimi ayrılıb.